Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə sabah paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq.
“Qafqazinfo”ya daxil olan məlumaat görə, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.
QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.