NATO-nun baş katibi Suriyadakı son durumu və Türkiyə ilə sərhəddəki gərginliyə münasibət bildirib.
Ölkə.az xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq Brüsseldə verdiyi brifinqdə bildirib ki, Türkiyənin gördüyü təhlükəsizlik tədbirləri haqda müttəfiqləri bilgiləndirilib.
"2,5 milyondan çox qaçqına öz torpaqlarında sığınacaq verən Türkiyə Suriyadakı müharibədən ən çox əziyyət çəkən ölkələrdən biridir. Bundan əlavə NATO-nin İŞİD-lə mübarizəsində Türkiyənin rolu danılmazdır. NATO Türkiyədədir və qurumun üzvü kimi qoruma altındadır. Əgər Türkiyəyə hər hansı bir hücum olarsa, NATO hərtərəfli dəstək verməyə hazırdır", - deyə NATO-nun baş katibi bildirib.