Şəhər nəqliyyatı, xüsusilə sərnişindaşıma sahəsində xidmət göstərən “Xaliq Faiqoğlu” şirkəti xidmət keyfiyyətinin artırılması, vətəndaş-sürücü münasibətlərinin təkmilləşdirilməsi, həmçinin avtobus sürücüləri tərəfindən yol-hərəkəti qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə vətəndaşlar üçün “Qaynar xətt” istifadəyə verib.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən 300-dən artıq marşrut avtobusların - 16,18, 20, 37, 52, 61, 65, 79, 85, 96, 114, 119, 203, 135, 199 saylı marşrut xəttləri üzrə - daxilində sərnişinlər üçün, xaricində isə yol-hərəkəti iştirakçıları üçün xüsusi elanlar vurulub. Vətəndaşların nəzərinə çatdırılır ki, əgər sərnişinlər şirkətə məxsus olan avtobuslarda hər hansı qayda pozuntusu, təhlükəli idarəetmə və yüksək sürət həddi, sərnişinlərlə kobud rəftar, mobil telefondan istifadə və ya digər xoşagəlməz hallarla rast gəldikləri təqdirdə “012 430 85 85 və 055 544 64 05” nömrəli “Qaynar xətt”ə müraciət edə bilərlər.