Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xocalı tədbirləri dünya mediasında işıqlandırılır

Xocalı tədbirləri dünya mediasında işıqlandırılır


Fevralın 18-də Stokholmda keçirilən “Sonsuz dəhliz” sənədli filmin premyerası və “Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı haqqında ABŞ-ın məşhur CNBS kanalının internet səhifəsində məlumat yerləşdirilib.



“Qafqazinfo”nun məlumatına görə, xəbərdə bildirilir ki, “Bafta Kino Akademiyası”nın mükafatçısı britaniyalı aktyor Ceremi Ayrons tərəfindən səsləndirilmiş “Sonsuz Dəhliz” sənədli filminin premyerasına baxmaq üçün cümə axşamı Stokholmun məşhur “Zita” teatrına toplaşan tanınmış siyasətçilər, jurnalistlər və nüfuzlu şəxslər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə 613 kişi, qadın və uşaqların qətlə yetirildiyi Xocalı qırğını ətrafında baş verən hadisələr barədə məlumatlandırılıblar.



“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirdə bu sənədli film üzərində təqribən beş il müddətində çalışan filmin litvalı prodüseri və rejissoru Aleksandras Brokas da iştirak edib.



Brokas iştirakçılara bildirib ki, o, regionda olan vəziyyətlə bağlı müstəqil baxış yaratmaq üçün bu layihə üzərində 15 ölkədən olan mütəxəssislərlə birgə işləyib.



Bu film Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını hərbi müxbir kimi işıqlandırandan 20 il sonra Azərbaycana qayıdan litvalı jurnalist Riçard Lapaitisin hekayəsi əsasında qurulub.

Sənədli filmdə onun bu faciədən sonra sağ qalanlarla yenidən görüşməsi kadrları göstərilir. Onlar təhlükəsiz dəhliz axtarışına çıxaraq “Sonsuz Dəhliz” boyu erməni bombardmanından qaçdıqları, bu yolda itirdikləri əzizlərini xatırlayaraq öz ürək dağlayan hekayələrini nəql edirlər.



Filmdə, həmçinin, qırğını törədənlər, erməni komandirlərinin fikirləri, onların müharibə strategiyası və səbəbləri barəsində də bəhs edilir.



Tədbirdə, həmçinin, “Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitabının da təqdimatı keçirilib. Kitabın redaktoru İan Peart deyib ki, bu kitab iki məqsəd daşıyır: "Qurbanlar barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq baxımdan obyektiv faktları təmin etməkdir. Bu kitabı oxuyandan sonra, ümid edirəm ki, oxucular özlərinə sual edəcəklər: yardım etmək üçün mən nə edə bilərəm? Biz bu cür cinayətlərin təkrarlanmasına bir daha yol verməməliyik".


Teqlər:
Bu xəbər cəmi 1930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR