Qazaxıstan hökuməti 2025-ci ildə latın qrafikasına keçəcək.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mədəniyyət naziri Arıstanbek Muhammediul bildirib.
Onun sözlərinə görə, qazax əlifbası ilə latin qrafikasının yeni mərhələsi başlayacaq: “Artıq bununla bağlı rəsmi proqram qəbul olunub. Bu proqram 2025-ci ildə tətbiq olunacaq. Bu addımı atmaqda məqsədimiz beynəlxalq birliyə inteqrasiya etməkdir”.