Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Test ləğv olunsa... - Sonra nə olacaq?

Test ləğv olunsa... - Sonra nə olacaq?


Təhsil naziri Mikayıl Cabbarovun qəbul imtahanlarında test sisteminin ləğv olunacağı ilə bağlı açıqlaması bir neçə gündür ki, müzakirələrə səbəb olub.



“Qafqazinfo” məsələ ilə bağlı TQDK-nın sabiq sədri Vurğun Əyyubdan münasibət öyrənib. O bildirib ki, test sistemi ideal olmasa da, bugünkü reallığımız üçün ən uyğun variantdır:



“Düzü, nazirin müsahibəsindən bir şey anlaya bilmədim. O, birmənalı olaraq test sisteminin ləğv olunacağını demədi. O, sadəcə bildirdi ki, müzakirələr gedir, imtahan üsulları daha da təkmilləşdirilməlidir. Səsləndirilən bəzi fikirlər ziddiyyətli idi. Təbii ki, test sistemi ideal deyil və müəyyən təkmilləşdirilmələr aparılmalıdır. Amma bizim bugünkü reallığımız üçün ən uyğun variant budur. Biz test sistemini yaradarkən birinci il olduğu üçün vaxtımız az idi. Bu səbəbdən qəbul imtahanlarını bir mərhələdə keçirdik, ancaq sonrakı illərdə imtahanları iki mərhələli etmək fikrində idik. Birinci mərhələdə şagirdlərin bilik səviyyəsi yoxlanacaqdı. İkinci mərhələdə isə şagirdlərin seçdiyi ixtisaslar üzrə imtahanlar götürüləcəkdi. Bunu 20 ildən çoxdur ki, deyirik, təəssüf ki, diqqət yetirən yoxdur.



Sabiq sədr onu da bildirib ki, şəffaflıq üçün tələbə qəbulu nazirlikdən asılı bir qurum tərəfindən həyata keçirilməməlidir:



“Məncə, məsələ test üsulunun ləğv olunub olunmaması deyil. Qəbul imtahanı Təhsil Nazirliyindən asılı bir qurum tərəfindən həyata keçirilməməlidir. Əgər bu qurum nazirliyə tabe olsa, nəticələrin təhrif olunması, subyektiv qiymətləndirmə kimi hallar baş alıb gedəcək. Nazir doğru deyir ki, şagirdlərin nitq, ritorika, yazı vərdişlərini qiymətləndirmək üçün bu sistem kifayət etmir. Amma niyə məhz bunların hamısı qəbul imtahanında ölçülməlidir? Orta məktəb nə işlə məşğul olmalıdır? TQDK təhsil vermir, bilik vermir. O, verilən biliyi ölçür. Bu məsələlər orta məktəbin buraxılış imtahanlarında həll olunmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 630 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR