Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev Əfv Komissiyasının tərkibini buraxdı - yeni tərkib açıqlandı

İlham Əliyev Əfv Komissiyasının tərkibini buraxdı - yeni tərkib açıqlandı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 508 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


 


Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” fərmanın 1-ci hissəsi ləğv edilib. Həmin fərmanının birinci hissəsi Əfv Komissiyasının tərkibi ilə bağlıdır.


 


Dövlət başçısı Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda deyilir:


 


1. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:


 


Komissiyanın sədri


Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri


 


Komissiyanın üzvləri


Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri


Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri


Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri


Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri


Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri


Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri


Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri


Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri


Səttar Möhbalıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri


Elmira Axundova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist


Məlahət İbrahimqızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü


Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri


Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri


Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi


 


Komissiyanın katibi


Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri


 


2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunsun ki, Komissiyanın iclaslarında iştirak etsinlər.

Teqlər:
Bu xəbər cəmi 1105 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR