Türkiyə prezidenti Ərdoğan bu gün ABŞ dövlət başçısı Obama ilə telefonda görüşəcək.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan cümə namazı çıxışı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan ABŞ Xarici işlər nazirinin sözçüsü Con Kirbinin Ankara terrorunun PYD-nin planlaşdırması ilə bağlı heç bir sübut olmadığına dair açıqlamasına münasibət bildirib. Prezident bu məsələni onunla deyil, bu gün Obama ilə müzakirə edəcəyini deyib:
“Bu gün Obama ilə danışacam. ABŞ-ın verdiyi silahlar orada mülki vətəndaşları öldürdü. İndi də Rusiya eyni şeyi edir, qatil rejim və PYD ilə hərəkət edir”.