ABŞ prezidenti Barak Obama Latın Amerikası ölkələrinə rəsmi səfərə gedir.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Obama səfər çərçivəsində martın 21-22-də Kubaya da gedəcək. Bununla o, Kubaya səfər edən ikinci ABŞ prezidenti olacaq.
Bndan öncə prezidentliyi dövründə Kubaya gedən dövlət başçısı Kalvin Kulic olub (1928-ci il).
Obamanın tarixi səfəri müxalifətçi Cumhuriyyət Partiyasını tərəfindən tənqid olunub.
Kuba hökuməi isə ABŞ prezidentinin səfərini məmnuniyyətlə qarşıladıqlarını dilə gətirsələr də, onun ölkənin daxili işlərinə qarışmamalı olduqlarını da ifadə ediblər.