BMT-nin beş daimi üzvü olan ölkələrin Ankaradakı səfirləri Daxili İşlər Nazirliyinə çağırılıblar.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ, Rusiya, Çin, İngiltərə və Fransanın səfirləri hərbi xidmət avtomobillərinə bombalı terror hücumu ilə bağlı məlumatlandırılıblar. Səfirlərin hər biri ilə ayrıca görüş təşkil edilib.