Azərbaycan İpoteka Fondu İpoteka krediti borcu olan müştərilər ilə bağlı xəbərdarlıq yayıb.
“Qafqazinfo” “Marja”ya istinadən xəbər verir ki, əgər müştərinin sığorta polisinin vaxtı bitibsə və sığorta polisi aktiv deyilsə onun aylıq ödənişinin edilməsinə məhdudiyyət qoyulacaq.
İpoteka Fondunun qərarına əsasən, 01 Mart 2016-ci il tarixindən, ipoteka kreditlərini ödəyən müştərilər sığortalarını ödəməyibsə, sığorta ödənişləri APUS sistemində çıxacaq. Sığortaya ödəniş edilməsə, kreditin ödənişini ödəmək mümkün olmayacaq.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondunun şərtlərinə görə, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır. Həmçinin ipoteka götürənin həyat sığortası müqaviləsi olmalıdır.