Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Aparat rəhbəri ölkədən qadınla qaçıb” – 170 minlik qalmaqalda yeni detallar

“Aparat rəhbəri ölkədən qadınla qaçıb” – 170 minlik qalmaqalda yeni detallar


170 min dollar rüşvət qalmaqalında adı hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov Azərbaycandan bir xanımla qaçıb.



Bu barədə AzNews.az-a vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bağlı daha 10 şikayətçi ərizə ilə müraciət edib: “Ortaya başqa şikayətçilər də çıxıb. Onların da şikayəti komitə ilə bağlıdır. Həmin 10 nəfərə də pul “atıblar”. Onlara müxtəlif qurumlarda vəzifə söz veriblər. Bundan əlavə bəzilərindən komitənin özündə işə düzəltmək üçün pul alınıb. Şikayətçilər iddia edir ki, Səfər İmanov Azərbaycandan bir xanımla qaçıb. Onlar şikayət ərizələrində başqa tanınmış şəxslərin də adını hallandırdılar”. 



Vəkilin sözlərinə görə, S.İmanov ona qarşı şikayətlərin, ittihamların səslənəcəyini ölkədən çıxmamışdan öncə bilirmiş: “Hüququnu müdafiə etdiyim şəxs onun qaçdığını bilirdi. Yanvarın 31-də Bakı-İstanbul reysi ilə Türkiyəyə qaçıb. Oradan hansı ölkəyə getməsi ilə bağlı məlumat yoxdur. Səfər İmanov Hicran xanımın dayısı oğludur. Hər halda onun harada olduğunu və Azərbaycandan qaçdığını bilməmiş olmaz. Şikayətçi olan şəxs deyir ki, Səfər İmanov qaçmamışdan öncə Azərbaycanda adına olan bütün mülklərini satıb”. 



A.Məmmədov əlavə edib ki, komitə ilə bağlı şikayətçilərin ərizələri müvafiq qurumlara göndəriləcək.



Qeyd edək ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və keçmiş aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. Sözügedən şəxslərin adının hallanmasını istəməyən sahibkardan icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə 170 min ABŞ dollar aldığı iddia olunur.


Teqlər:
Bu xəbər cəmi 1545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR