Ümumdünya İqtisadi Forumunun yaydığı son hesabata görə, qarşıdakı beş il ərzində texnologiyanın inkişafı nəticəsində dünyanın iqtisadi baxımdan aparıcı ölkələrində 5 milyon iş yeri ixtisara düşə bilər.
“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, hesabata əsasən robot texnikasının və biotexnologiyanın kəşfi indiyədək baş vermiş sənaye inqilabları kimi cəmiyyətin iş həyatında böyük sarsıntılar yaradacaq. Hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun ekspertləri bəyan ediblər ki, ən böyük risk hədəfi inzibati işçilər və qulluqçulardır.
İrimiqyaslı avtomatlaşdırma nəticəsində inkişaf etmiş ölkələrin 7,1 milyon sakini öz iş yerini itirməli olacaq. Bu itki media, texnologiya və ixtisaslaşdırılmış xidmətlər sahəsində yeni yaranacaq 2,1 milyon iş yeri hesabına qismən kompensasiya olunacaq.