Azərbaycanda dolların rəsmi məzənnəsində dəyişiklik olub.
"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, fevralın 16-na olan USD/AZN rəsmi məzənnəsi 1,5679 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnəyə görə bu gün 1 dollar 1.5711 manat olub.
Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.