Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Daxili Təqaüd müsabiqəsinə start verib.
Şirkətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçiriləcək. Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir.
Şirkət bildirib ki, müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 7 mart 2016-cı il tarixə qədər davam edəcək.