Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.
Ancaq idarədən bu məsələyə şərh vermək istəməyiblər.
Keçən il oktyabrın 17-də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra həm bu, həmdə rabitə və texnologiyalar nazirliyindən bir sıra şəxslər işdən çıxarılıb həbs edilmişdilər. İşdən çıxarılanlardan biri də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov idi.