Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabir Rüstəmxanlı: “O, YEDİYİ SÜFRƏYƏ TÜPÜRÜR”

Sabir Rüstəmxanlı: “O, YEDİYİ SÜFRƏYƏ TÜPÜRÜR”


Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytının Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş deputat Sabir Rüstəmxanlı haqqında yazdığı yazı qalmaqala səbəb olub.



Yazıda Sabir Rüstəmxanlının müxalifətə keçdiyi və iqtidari söyməyə başladığı qeyd edilib. Həmçinin, yazıda Sabir Rüstəmxanlı  mandatı əlindən alındığı və bu səbəbdən də iqtidarı söydüyü üçün  “simasız”  kimi tənqid edilib.



Qeyd edək ki, Eynulla Fətullayev həm də də sosial şəbəkədə Sabir Rüstəmxanlını təhqir edən status yazıb.



Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında haqqında yazılanlara belə reaksiya verib.



“Bütün ömrüm boyu bir sifətlə yaşamışam. Eynulla Fətullayev kimi dosta, yoldaşa xəyanət edən, çörək kəsdiyi süfrəyə tüpürən olmamışam. Onun kimə və nəyə  xidmət etdiyi bilinmir. Gündə bir partiya, bir mövqe dəyişən adamdır. Həyatım boyu kişi kimi yaşamışam. Hər zaman da kişi kimi sözümü demişəm. Eynulla Fətullayevi ortaya atıblar. Əslində, onun haqqında danışmaq mənə yaraşmaz”.



Partiya sədri müxalifətə keçid etməsi fikirlərinə də aydınlıq gətirib.



“O, elə bilir ki, son müsahibəmdə dediklərim yenidir. Mən Milli Məclisdə olanda da həmin mövqedə olmuşam və həmin sözləri demişəm. Gedib Milli Məclisin arxivlərinə baxsınlar. Milli Məclisdə deputat olan zaman daha artıqlarını demişəm. Bunlar təzə hadisələr deyil ki! Bunlar cahildirlər. Gözləri kordur. Məclisin iclaslarından xəbərləri olmayıb. Elə biliblər ki, Milli Məclisdə oturanda tərifnamə deyirdim. İndi isə tənqid deyirəm. Ona görə də ağıllarına nə gəldi danışırlar. Milli Məclisdə olan zamanlarda da mövqeyim dəyişməz olub. Başlarından böyük danışmasınlar”.


Teqlər:
Bu xəbər cəmi 1845 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR