Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Biz bu dövrə hazır deyildik...” - İlham Əliyev

“Biz bu dövrə hazır deyildik...” - İlham Əliyev


Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edib.



“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki,



“Dəyirmi masa”nın aparıcısı, “The New York Times” qəzetinin baş müxbiri Deyvid Sanger tədbirdə neftin qiymətinin səviyyəsi və bunun istehsalçı ölkələrə nə dərəcədə təsir etməsi ilə bağlı müzakirələrin aparılacağını bildirib. Tədbirin aparıcısı Prezident İlham Əliyevə sualla müraciət edib:



"Sizin regionun iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Son 10-15 il ərzində Rusiyadan başlayaraq, digər ölkələr də nəzərə alınmaqla bütün regionun iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı bir neçə çağırış edilmişdir. Sualım isə ondan ibarətdir ki, əgər neftin qiyməti bu səviyyədə müəyyən müddət ərzində qalarsa, Sizcə, bunun siyasi təsirləri nədən ibarət olacaq?"



İlham Əliyev isə sualı belə cavablandırıb:



"Çox sağ olun, siz tamamilə doğru buyurursunuz. Regionumuzun ölkələri neft istehsalçılarıdır. Azərbaycana gəlincə, müstəqil ölkə kimi bizim üçün neft sektorunun inkişafı və neft-qaz sahəsinə sərmayənin yatırılması müstəqilliyimizin ilk illərində çox böyük əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi vaxt iqtisadiyyatımız demək olar ki, durğunluq, iqtisadi və maliyyə böhranı səbəbindən tamamilə məhv edilmişdi. Buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi bizim üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı. Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalmışdır. Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik. İxracımızın 90 faizini neft və qaz təşkil edir. Buna görə növbəti illər üçün vəzifə ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq. Sizin danışdığınız siyasi risklərə gəlincə isə bu, ölkələrdən asılı olan məsələdir. Hər bir ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var. Əlbəttə ki, iqtisadi vəziyyət və insanların gündəlik həyatı siyasi sabitlik və inkişafa təsir edir. Lakin hesab edirəm ki, neftin qiymətinin mütəmadi olaraq dəyişkən xarakter daşımasının dərk edilməsi ən vacib məqamdır. Biz neftin qiymətinin yüksək olduğu dövrdə yaşamışıq, indi isə neftin qiymətinin aşağı olduğu bir dövrdə yaşayırıq. Bizim üçün ən əhəmiyyətlisi isə neftin qiyməti yenidən yuxarı qalxdıqda bu islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığımızı azaltmaqdır".



Deyvid Sanger: "Özəlləşdirmə proqramına doğru irəlilədiyiniz bir dövrdə belə bir addımın neftin 30 dollarla müqayisədə 100 dollara satılması zamanı atılması daha asan və cəlbedici deyildimi? Xahiş edirəm, bizə bunun investisiya maraqlarına təsir edib-etmədiyini və digər islahatları ləngidib-ləngitmədiyini söyləyin".



Prezident İlham Əliyev: "Əslində, mən hesab edirəm ki, neftin qiyməti yüksək olduqda hökumət, əlbəttə ki, iqtisadiyyatın ən önəmli və cəlbedici sektorlarını öz əlində saxlamaq üçün əlindən gələni edəcək. Lakin neftin qiyməti 30 dollar olduqda hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır. Buna görə də düşünürəm ki, xarici investorlar üçün neftin bugünkü qiyməti ilə bağlı olan vəziyyət ən cəlbedicidir. Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik.



Səmimi desəm, biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə - ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik. Əslində, biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlamışdır və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır.



Beləliklə, bu, real bir çağırış idi. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq".



“Biz bu dövrə hazır deyildik...” -   İlham Əliyev


Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR