AtaBank-ın rəhbərliyində dəyişiklik olub.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Elnur Osmanov bankın İdarə Heyətinin tərkibindən çıxıb.
Bankın saytına əsasən, hazırda İdarə Heyətinə 5 nəfər daxildir - sədr Etibar Babaşlı və üzvlər Hüseyn Bayramov, Emil Əmirov, Bətulə Əhədova və Rauf Hüseynov.