Argentinanın “Urakan” klubu qəzaya uğrayıb. “Qafqazinfo” xəbər verir ki, adıçəkilən klubun avtobusu aşıb.
Yerli mətbuatın yazdığına görə, Libertadores kuboku matçı çərçivəsində Venesuelada yerli “Karakas”ı məğlub etdikdən sonra stadiondan hava limanına hərəkət edən komanda yolda arzuolunmaz halla üzləşib. Avtobusun əyləc sistemində problem yarandığından sözügedən nəqliyyat vasitəsi aşıb. Qəzada ölən olmasa da, “ağ-qırmızılılar”ın futbolçularından Patrisio Toranzo, Dieqo Mendoza və məşqçilər heyətinin üzvü Pablo Santella xəstəxanaya aparılıb.