Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisi bizə niyə düşmən kimi baxır?

Yol polisi bizə niyə düşmən kimi baxır?


Bizə düşmən kimi yox, tərəfdaş kimi baxın ki, daha böyük nəticələr əldə edək…



Bir neçə gün əvvəl rəhbərlik etdiyim Avtosfer.az saytında Dövlət Yol Polisinin sərxoş sürücüləri müayinə etmək üçün istifadə etdiyi alkotesterlərin Çin malı olması barədə məlumat vermişdik. Bildirdik ki, Azərbaycan dövləti Kanada ilə müqavilə bağlayıb və həmin ölkədən alkotester alınır. Bu alkotesterlərin başında müştük var və sürücü müştüyü dodaqlarının arasında sıxıb nəfəsini üfürür. Sonra da nəticəsi kağızda çap olunur. Amma Bakıda yol polisi əməkdaşları Çində istehsal olunan və müştüksüz alkotesterlərdən də istifadə edir. Qanun deyir ki, alkotester bir dəfəlik istifadə üçün müştüklə təmin olunmalıdır, sonra sürücü üfürməlidir. Yol polisi isə müştüyə qənaət etmək üçün və həm də qanuni alkotesterlərdə göstəricilərin günün sonunda rəsmi hesabatının aparılmasından yayınmaq üçün (müxtəlif səbəblər ola bilər-E.M) Çin malı olan başqa aparatlardan istifadə edir. Bu aparatlara uzaqdan üfürürsən və əgər sərxoş olsan, aparırlar tibbi müayinəyə, sonrası da Allah kərimdir. Amma işi düzgün qurmayan Dövlət Yol Polisiinin iki gündür orda-burda bizim əleyhimizə açıqlama verməsini anlamıram. DYP deyir ki, bu cür xəbərlərləri yayanlar yol polisinin uğurlarına sevinmir, onları gözü götürmür və fəaliyyətinə kölgə salır.

Əzizlərim, sizin fəaliyyətiniz çoxdan kölgədə qalıb. Bu məmləkətdə ictimai nəzarətə ehtiyac duyulan tək dövlət qurumu elə DYP-dir. Məndən olsa, hər bir DYP əməkdaşının yanına bir nəzarətçi təyin edərdim.

O ki qaldı yol polisini gözü götürməməzliyə, vallah, indiyə kimi heç kim deyə bilməz ki, yol polisinə bizdən çox dəstək verib. Hər il DYP əməkdaşları ilə müxtəlif layihələr həyata keçiririk, onları narahat edən problemləri analiz edirik, rəhbərliiklərinə də deyirik ki, bu cür problemlər var. İndiyə kimi yol polislərini sayıb mükafat verən də olmamışdı. Onu da biz elədik. İndi mükafatlandırdığımız həmin polislərin əksəriyyətinin vəzifəsi, rütbəsi artırılıb. Bizə çox xoşdur ki, seçimimizdə yanılmamışıq və həqiqətən də əziyyət çəkən yol polislərini mükafatlandırmışıq. Onların hər biri ilə gözəl münasibətlərimiz var. Bəzən yolda rastlaşanda dayanıb səmimi görüşürük, müzakirə aparırıq, fikirlərimizi bölüşürük. Həmin polislər arasında çox dəyərli, savadlı insanlar var, zəhmət çəkənlər var. Bunları görməzlikdən gəlmək olmaz. Amma heç kim deyə bilməz ki, Avtosfer.az saytınının fəaliyyəti yol polisinə qarşı qərəzlidir. Biz şəxsi münasibətləri bir kənara qoyub konkret işlə məşğuluq, bizim yazdığımız, çəkib göstərdiyimiz məsələlərin həlli vacibdir.

Axı yol polisi nə üçün üzərində müştüyü, çap kağızı olan alkotesterdən yox, Çin malından istifadə etməlidir? Bu aparatları onlara kim verir? Niyə verir? Ayın, ilin axırında həmin qanuni aparatların göstəricilərini silmək mümkün olmur deyə Çin malına əl atırlar? Axı qanuni alkotesterlər sürücünü müayinə etdikdən sonra nəticəni kağızda çap edir. Və çap olunan variantın bir versiyası da aparatın yaddaşında qalır. Əgər müsbət göstərici varsa, deməli, inspektor günün sonunda bunun cavabını verməlidir. Cavabı vermək üçün isə protokol və digər sənədlər lazımdır. Bəli, lazımdır! Amma bu barədə biz gərək daha geniş bir material hazırlayaq ki, başa düşülsün nəyə görə lazımdır…

Yol polisində bəzi səlahiyyət sahibləri bizə düşmən kimi baxır. Çünki biz Avtosfer.az olaraq doğruları danışırıq. Biz hər zaman yol polisinə açıq olduq, səmimi əməkdaşlıq etdik, müxtəlif tədbirlər həyata keçirdik, amma nə zaman ki, tənqid etdik, o saat düşmən kimi baxdılar. Axı, Dövlət Yol Polisi niyə unudur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, camaatı incitməməyi, işi düzgün qurmağı tələb edir. İctimaiyyətə üz tutan Prezident bizdən dəstək istəyir, ictimai nəzarətlə bağlı tapşırıqlar, tövsiyyələr verir, DYP bizimlə normal əməkdaşlıq qurmaq əvəzinə bizdən qaçır, düşmən kimi baxır. Amma onlar unudurlar ki, yollarımızdakı qırğınların, sürücülərin yol polisindən narazı qalmasının səbəbi maarifləndirmənin düzgün təşkil olunmamasıdır. Biz isə maarifləndirmə işi ilə məşğul oluruq. Bizə düşmən kimi yanaşmaqdansa, gəlin, maarifləndirmə işini daha da gücləndirək, cəmiyyətə faydamız olsun. Düz söz deyəni asıb-kəsməklə problem həll olunmur. İki ildir Avtosfer.az fəaliyyət göstərir, iki ildir yol polisinin bütün mənfi göstəriciləri azalıb. Qəzaların sayı azalıb, ölənlərin, yaralananların sayı azalıb. Biz sizdən az iş görmürük. Bizə düşmən kimi yox, tərəfdaş kimi baxın ki, daha böyük nəticələr əldə edək…


Teqlər:
Bu xəbər cəmi 905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR