Almaniya kansleri Angela Merkel növbəti dəfə suriyalı miqrant böhranını müzakirə etmək üçün Türkiyədə səfərdədir.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün baş nazir Əhməd Davudoğlu ilə görüşdən sonra Merkelin dövlət başçısı Ərdoğanla da görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bu, Merkelin Türkiyəyə iki ayda 3-cü səfəridir.