Tanınmış jurnalist Sevinc Osmanqızı Azərbaycanın İndoneziyadaki səfiri Tamerlan Qarayevi sərt tənqid edib. Azinforum.az jurnalistin səsləndirdiyi fikirləri təqdim edir: “Mənim Tamerlan Qarayevlə bir deyil, bir neçə müsahibəm olub. Bu söhbətlərdə məni ən çox təsirləndirən onun Tofiq İsmayılov barədə dediyi sözlər olub. O, hər dəfə inandırmağa çalışıb ki, vertolyot faciəsinin günahkarı elə Tofiq İsmayılov olub – bilib ki təhlükəli yerə gedir, səhlənkarlıq edib, gedib, özü də ölüb. Hayıf Tofiq İsmayılovun Tamerlan Qarayevə cavab vermək imkanı yoxdur. Olsaydı, bəlkə ona deyərdi ki, biz igid, mərd olmuşuq, sənsə – alçaqsan!!!”.
Azinforum.az olaraq qeyd edirik ki, Sevinc Osmanqızının atası Osman Mirzəyev də həmin vertolyot qəzasında dünyasını dəyişib.