“Rəcəb Tayip Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edə bilmir”.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
"Bundan əvvəl sərhəd pozuntusu baş verəndə Rusiya tərəfi bizi günahlandırırdı ki, xəbərdarlıq etmədən NATO-dakı müttəfiqlərinizə zəng etmisiniz. Ərdoğan sonuncu dəfə yanvarın 29–da Putinlə əlaqə saxlamağa çalışıb. Həmin gün Rusiya qırıcısı Türkiyə sərhədlərini pozmuşdu. Ərdoğan Rusiya prezidentinə zəng vurmaq istədi. Amma Rusiya tərəfi bu addıma heç bir reaksiya vermədi",- deyə prezidentin sözcüsü bildirib.
O əlavə edib ki, Vladimir Putinin prezident Ərdoğanla danışıqlardan qaçması çox düşündürücüdür:
“Bu, istər- istəməz "Cənab Putin Ərdoğanın zənginə niyə cavab vermir? sualını ortaya çıxarır. Bizim niyyətimiz dostcasınadır”,- deyə Kalın bildirib.