"Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik".
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
"Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq", - deyə nazir qeyd edib.