Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rayonlara candərdi gedən nazirlər - Gerçək şikayətçilər onların qəbuluna buraxılmır

Rayonlara candərdi gedən nazirlər - Gerçək şikayətçilər onların qəbuluna buraxılmır


Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşların qəbulunu keçirirlər. Bu görüşlərdə dövlət qurumlarının rəhbərləri vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərini dinləyir, ərizə və şikayətlərə baxmalı olurlar.



Bəs bu görüşlərin müsbət nəticələri olurmu? Vətəndaşlardan daxil olan şikayətlərdə qeyd edilir ki, bölgələrə candərdi gələn bəzi məmurlar qəbula yazılanlarla tələsik görüşüb, Bakıya qayıtmağa çalışırlarər. Üstəlik onlarla görüşə hər vətəndaşı da buraxmırlar. Belə ki, vətəndaş qəbul üçün yazılmaq istədikdə ondan nazirlə nə danışacağı soruşulur və yazılı kağız alınır, əgər şikayət, probleminin həlli üçün yardım qeyd edirsə, həmin vətəndaş qəbula çağrılmır.



Bir sözlə, dövlət qurumlarının vətəndaşlarla qəbulunun formal xarakter daşıdığı bildirilir...



Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, müəyyən görüşlərdə formallıq önə çəkilir. Millət vəkili dövlət qurumları rəhbərlərinin vətəndaşla görüşünün o qədər də effektli olmadığını düşünür.



“Bu görüşlər bir qədər də şəffaf formada keçirilməlidir və əvvəlcədən insanlara məlumat verilməlidir ki, hansı qurumlar, kimlər olacaq, vətəndaşlar şikayətləri açıq şəkildə verə təqdim edə bilməlidirlər. Bəzi nazirliklər barədə qəbulların formal xarakter daşıdığını eşidirəm. Amma çalışmaq lazımdır ki, real məzmun kəsb etsin. Çünki insanlar Bakıya gələ bilmirlər, müəyyən vəsait xərcləmək lazımdır, çətinliklər var. Heç olmasa, bu yolla öz problemlərini həll edə bilərlər, ona görə onlara köməklik göstərmək savab işdir”.



Qəbulların formal xarakter daşıdığı barədə fikirləri deputat bütün qurumlara aid etmir.



“Amma bəzi vicdanlı məmurlar da var ki, insanlara yerində kömək etməyə çalışırlar. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi... Digərlərində də belə hallar ola bilsin var. Amma bütövlükdə bu məsələlərdə istərdik ki, şəffaflıq olsun. İnsanlar müəyyən qədər problemlərin həllini bu görüşlərdə azalda bilsinlər”.



F.Mustafanın fikrincə, hansısa dövlət qurumunun rəhbərinin rayonda görüş keçirməyindənsə, həmin idarənin bölgədəki strukturunun normal işləməsi daha vacibdir.



“Əslində bir idarə rəhbərinin gedib hansısa bölgədə vətəndaşları qəbul etməsindən çox, həmin qurumun rayondakı strukturunun normal işləməsi vacibdir. Bu görüşlər yerli strukturların işinə inamsızlığın olması və ya mərkəzləşməni göstərir. Yerli qurumlar normal işlədikdən sonra nazirin bölgələrdə vətəndaşları qəbul etməsinin nə mənası var?..”, deyə deputat əlavə edib.


Teqlər:
Bu xəbər cəmi 910 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR