Bu gün Gəncə şəhərində əmək yarmarkası keçirilməsi planlaşdırılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəhər İcra hakimiyyətinin təşkil etdiyi yarmarkaya gözləniləndən çox insan gəlib. Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatında keçirilməsi planlaşdırılan yarmarka təxirə salınıb. Buna görə yerli əhali ilə polis arasında qarşıdurma olub və saxlanılanların olduğu bildirilir.
Gəncə şəhər icra hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, açıqlama veriləcək.