Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Deputat Baş prokurora müraciət: “Əxlaqlı insanlar İlhamədən bezib...”

Deputat Baş prokurora müraciət: “Əxlaqlı insanlar İlhamədən bezib...”

Deputat Çingiz Qənizadə müğənni İlhamə Quliyevanın “Mənimlə bağlı Baş prokuror Zakir Qaralova müraciət edəcəyini bildirib. Adını çəkdiyiniz deputatın açıqlaması mənim üçün heç bir əhəmiyyət daşımır” sözlərinə münasibət bildirib.


 


Millət vəkili artıq prokurorluğa müraciət ünvanladığını qeyd edib: “Mən artıq müraciətimi baş prokurora göndərmişəm. Hörmətli Zakir müəllimdən də xahiş etmişəm ki, o, Mehriban Hüseynovanın şəhid bacısı və qadın olmasını, şəxsiyyətinin cəmiyyət üçün ictimai təhlükəli olmamasını nəzərə alaraq, onun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsini həll etsin. Mehriban xanımın İstintaq Təcridxanasından mətbuata ünvanlandığı o faktların araşdırılması üçün məsələni nəzarətinə götürsün. İlhamə Quliyevanın nə deməsindən asılı olmayaraq, mən millət vəkiliyəm, eyni zamanda hüquq müdafiəçisiyəm. Bir qadının, ananın, şəhid bacısının tələm-tələsik həbs edilməsinin tərəfdarı deyiləm. Bu qadın ailəsinin yanında ola-ola da istintaq aparıla bilər. Əgər Mehriban Hüseynovanın cinayət törətməsi sübuta yetirilərsə, o, məhkəmə qarşısına çıxarılar və cəzasını çəkə bilər. Amma kiminsə hegemonluğu, təzyiqi, tanışlığı, şəxsi əlaqələri ilə bir qadının bu gün həbsdə yatması məqsədə uyğun deyil. İnanıram ki, cənab baş prokuror bu məsələni nəzarətə götürəcək, obyektiv qərar qəbul edəcək. Xatırladım ki, Mehriban xanım o müraciətində ümid etdiyi dövlət başçısına və hüquq-mühafizə orqanlarına üz tutur. Bu məsələ Prezident Administrasiyasının müvafiq qurumlarının da nəzarətində olmalıdır”.


 


Ç.Qənizadə İ.Quliyevanın digər müğənniləri də şantaj etməsindən danışıb: “Nazpəri xanımla bağlı hansısa qüvvələrin məhkəməyə təzyiq etməsi ilə analoqu olmayan, Azərbaycan praktikasında ilk dəfə olaraq, məsuliyyət yaratmayan ifadələrə görə o, 25 min manat cərimə edildi. Görünür, İlhamə Quliyevanın dişində şirə qalıb. Aygün Kazımova və digərlərindən pul alaraq, qalan ömrünü keçirmək istəyir. Bu qədər kifayətdir. Əxlaqlı insanlar İlhamədən bezib. Artıq onun hərəkətlərinə qiymət verilməlidir”. (Musavat.com)

Teqlər:
Bu xəbər cəmi 835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR