Rəsmi Ankara qarşılıqlı əsasda Türkiyəyə qısamüddətli səfərə gələn rusiyalı jurnalistlər üçün viza rejimi tətbiq edir.
“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.
Səfirlikdən bildiriblər ki, türkyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən viza almalıdırlar: "Daimi işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib".