Xalq artistləri, Prezident təqaüdçüləri Zərnigar Ağakişiyeva və Rafael Dadaşov 70 illik yubileyləri münasibətilə teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıblar.
Nazirlikdən “Qafqazinfo”ya daxil ola xəbərə görə, hər iki sənətkar ömürlərinin 40 ildən artıq dövrünü sənətə həsr ediblər. Nazirliyin müvafiq əmrinə əsasən, fevralda Akademik Milli Dram Teatrında Rafael Dadaşovun 70 illik yubileyi qeyd ediləcək və aktyorun iştirakı ilə N.Qoqolun “Müfəttiş” əsərinin tamaşası nümayiş olunacaq.