Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə şahidlər ifadə verib - YENİLƏNİB

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə şahidlər ifadə verib - YENİLƏNİB


  Şahid qismində dindirilən Anar Muxtarov ifadəsində hadisə zamanı yaxınlıqdakı marketdən çıxdığını deyib: “Burdakılardan bir Elşənin üzü yadımda qalıb. Marketdən çıxdım. Rəhmətlik Rasim Əliyevi 3-4 nəfərin vurduğunu gördüm. Rasim onların arasından qaçıb yolun əks tərəfinə keçdi. Bu zaman onu döyənlər də əks istiqamətə qaçdı. Elşənin bir əlində maşın açarı, digər əlində isə qara rəngli pul kisəsinə bənzər bir şey vardı. Açarı mənim qabağımda atıb qaçdı. Rasimi tam olaraq kimin vurduğunu görməmişəm”.



Təqsirləndirilən Elşən İsmayılov bildirib ki, həmin zaman onun əlindəki qara rəngli pulqabı deyil, mobil telefon olub.



Şahid hakim, prokuror və vəkillərin suallarına cavab olaraq bildirib ki, ilkin ifadəsində də Elşənin əlindəkinin pul qabı deyil, pul qabına bənzər əşya olduğu deyib.



İfadələrində ziddiyyət təşkil edildiyi üçün onun ifadəsi elan edilib. Şahid məhkəmədə verdiyi ifadəni təsdiqləyib.



 A. Muxtarovdan sonra şahid qismində Pərviz Qabilzadə ifadə verib. O, ifadəsində təqsirləndirilən Elşən İsmayılovun dayısı oğlu olduğunu deyib: “Elşən zəng elədi ki, Bayıla gedirəm. Söhbətim düşüb, söyüş söyülüb. Dedim, lazım deyil, başını burax. Gələrəm söhbət edərik. Dedi ki, yox gedəcəyəm. “Bayıl Market”in yanında görüş təyin etmişik. Bu zaman məşq yoldaşım Samirə zəng elədim. Dedim, dayım oğlu ora gəlib, nəsə söhbətləri var. Bir böyük kimi get ora, başa sal onları. Samirin nömrəsini Elşənə göndərdim.  Həmin gün qonaqlarım vardı. Axşamı Samir zəng edib, məsələni danışdı. Sonra saytlara baxdım ki, Rasim xəstəxanaya düşüb. Məsələnin nəyə görə bura yerə gəlməsini, Elşəni kimin söydüyünü, kimə görə dalaşdıqlarını bilmirdim. Sonradan hər şey məlum oldu. Elşənə dəfələrlə ora getməməsini tapşırmışdım”.



Pərviz Qabilzadən sonra şahid qismində Asim Səmədov ifadə verib. O, ifadəsində  Rasim Əliyevlə yaxın münasibətlərinin olduğunu qeyd edib: “Günorta saatlarıydı, Rasim yanıma gəldi. Bərbərəm. Saç kəsirdim. Rasim dedi ki, qonaqlarım gəlir, “Pitaçok” adlı çayxanaya gedəcəklər. Mənim də gəlməyimi istədi. Dedim, əlimdəki, işi qurtarıb gələcəyəm. Qonaqlarının kim olmasını soruşanda, dedi, gələndə görərsən. Bir müddətdən sonra Rasimin anası gəldi. Rasimin yerini soruşdu. Dedim ki,  çayxanada olmalıdır. Birazdan  ora gedəcəm. Rasimin anası dedi ki, oğlunu “Bayıl Market”in qabağında döyüblər. İşimi qutarıb, marketin qabağına getdim. Uşaqlar dedi ki, dava olub, Rasim öz maşınına minib gedib. Axşam rayona getdim, səhər xəbər tutdum ki, Rasim ölüb”.



Asim  Məmmədov hakim və prokurorun suallarına cavab olaraq qeyd edib ki, Rasim onun bərbərxanasında olanda, gün eynəyi taxmışdı. Əlində də yeni aldığı mobil telefonu vardı. Pul qabı isə görməyib.



Şahid qismində son olaraq Elnur Süleymanov dindirilib. O bildirib ki, hadisə zamanı  zaman alış-veriş edirmiş: “Səs-küy gəldi, tez çölə çıxdım. Çıxan zaman Rasim yolunu o biri tərəfinə keçirdi. Ayaqqabısının bir tayı mağazanın qarşısında idi, bir də gün eynəyini gördüm. Hər ikisini yerdən götürüb, aparıb Rasimə verdim. Rasim başını tutdu. Sonra avtomobillinə mindi. Getməli olduğunu dedi”.



Hakim şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə olan ifadəsi arasında ziddiyyət olduğunu qeyd edib.



Suallara cavab verən zamanı o bildirib ki, istintaq zamanı pulqabını onun götürməsindən şübhələnərək təzyiq edilib: “İfadə verən zaman dedilər ki, pulqabını sən götürmüsən. Mənim adımdan ifadə alıblar. Məhkəmədə nə danışdımsa, odur, orda yazdıqlarını təzyiq altında demişəm”.Hakimlər kollegiyası cinayət işində adı keçən şahidlərin hər birinin məhkəmədə dindirildiyini qeyd edib.



***



17:04



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayil rayon sakini, 1994-ci il təvəllüdlü Elşən İsmayılov,  Bakı şəhər sakini, 1990-cu il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov,  Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənib.Şahidlər Muxtarov Anar, Qalibzadə Pərviz, Səmədov Asim və Süleymanov Elnur prosesdə ifadə verib. Daha sonra R.Əliyevin vəkili Fariz Namazlının ötən proses qaldırdığı əlavə şahidlərin dindirilməsi və həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı vəsatətlər müzakirəyə çıxarılıb. Vəsatətlərin heç biri təmin edilməyib. Bundan sonra isə məhkəmə zalında valideynlər qərara etiraz ediblər. Hər iki tərəf qaldırılan vəsatətlərin təmin edilməsini tələb edib. Məhkəmə zalı zorla boşaldılıb və valideynlər zaldan çölə çıxarılıb. Valideynlər Prezident Administrasiyasına şikayətə gedəcəklərini bildirib. Növbəti proses fevralın 9-na təyin edilib.  Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. 


Teqlər:
Bu xəbər cəmi 2010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR