Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin nazir kimi ilk görüşü bu gün Astarada rayon ictimaiyyəti ilə olub.
"Qafqazinfo"ya daxil olan məlumata görə, nazir Ramin Quluzadə dövlət proqramları çərçivəsində rabitə sahəsində aparılan işləri diqqətə çatdırıb və müasir telekommunikasiya xidmətlərinin, yeni poçt şöbələrinin, genişzolaqlı internet xidmətlərinin regionlarda da genişləndiyini bildirib.
Astara rayonunda rabitə və yüksək texnologiyalar sahəsində görülən işlərə toxunan nazir rayon üzrə telefon şəbəkəsinin tutumunun artırıldığını, genişzolaqlı internetin şəbəkəsi və teleradio yayımı sahəsidə olan problemlərin həlli istiqamətində ardıcıl işlərin davam etdirildiyii deyib və rayonda bu sahədə islahatlar həyata keçiriləcəyini bildirib. Nazir rayon sakinlərinin səsləndirdikləri problem və çatışmazlıqlarla yerində tanış olub və aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.
Sabah isə nazir Lənkəran sakinlərini qəbul edəcək.
Qeyd edək ki, prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Ramin Quluzadə Rabitə və yüksək texnologiyalar naziri təyin olunub.