Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda fotoqraflardan yenilik

Azərbaycanda fotoqraflardan yenilik


Azərbaycanda bir neçə peşəkar fotoqraf birləşərək, yeni sayt yaradıblar. Bu sayt birbaşa fotoqrafiya ilə bağlıdır. İstər bu sahənin peşəkarı, istər həvəskarı, istərsə də fotoqraf axtarışında olan insanlar üçün yeni yaradılmış sayt əvəzsiz işlər görəcək.



"Qafqazinfo" xəbər verir ki, saytın təsisçisi fotojurnalist Məhəmməd Türkmən layihə ilə bağlı təəssüratlarını bölüşüb: "Fotoqraflar.com saytı adından da bəlli olduğu kimi, bütün işi fotoqrafiya ilə bağlıdır. Saytımız üzərində bir müddətdir ki, iş gedirdi. Artıq bu gündən etibarən saytımız hər kəsə xidmət göstərəcək. Bu projemiz Azərbaycanda bir ilkdir.



Belə ki, saytımızda peşəkar fotoqraflar qeydiyyatdan keçib. Onlar çəkdikləri fotoları, videoları, öz yazılarını, köşələrini, reportajlarını, bloqlarını sayta heç bir senzura olmadan yerləşdirirlər.



Öz kamerasını və ya hər hansı bir aksesuarı satmaq istəyən şəxslər üçün də bu sayt ideal seçimdir. Saytın ana səhifəsində "Alıram-Satıram" bölməsi var ki, həmin bölmə məhz bu məqsədlə yaradılıb.



Bundan başqa, saytda fotoqrafiya üzrə dərslər göstərilir. Bu dərslər videolu və ya yazılı formada həyata keçirilir. Bir müddət sonra Azərbaycanın ən tanınan fotoqrafları həvəskarlara pulsuz təlimlər keçəcəklər. Bu sahəyə marağı olanlar üçün belə bir şərait yaratmışıq. Peşəkar fotoqraflar üçün isə, yeni kameraların və onların aksesuarlarının incələnməsi bölməsi var ki, bu da yeni məhsullar haqqında Azərbaycan dilində məlumat almaq istəyənlərə şərait yaradır.



Saytımızın digər bir üstünlüyü isə fotoqraf axtarışında olanların işini asanlaşdırmasıdır. Belə ki, hər hansı bir şəxs xeyir iş, tədbir və ya digər məsələlər üçün fotoqraf axtaran zaman saytımıza baş çəkərək, öz istədiyini burada rahatlıqla taparaq, vaxtına qənaət etmiş olacaq. İstifadəçilərimiz sayta daxil olaraq, buradakı peşəkar fotoqrafların əl işlərinə baxıb, istədiyi şəxslə əlaqə saxlaya biləcəklər.



Həvəskar fotoqrafları da unutmadıq. Onlar üçün xüsusi bölmə ayırmışıq. Burada onların fotoları yer alacaq. Bir müddət sonra həmin fotolar arasında səsvermə olacaq və qaliblərə hədiyyələr təqdim ediləcək. Həmçinin, istənilən şəxs online sual-cavab bölməsi ilə fotoqrafiya ilə bağlı sualları bizə ünvanlaya və qısa zamanda cavab ala biləcəklər.



Hazırda saytda çalışan bütün dostlar bu işi təmənnasız edirlər. Xərcləri öz cibimizdən qarşılayırıq. Məqsədimiz Azərbaycan fotoqraf sənətinə dəstək verməkdir.



Fotoqraflar.com saytı daimi yenilənəcək və Azərbaycan fotoqrafiyasına öz dəstəyini verəcək. Buna əmin ola bilərsiniz".


Teqlər:
Bu xəbər cəmi 1030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR