Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Banklardan kartlarla bağlı - Dəyişiklik

Banklardan kartlarla bağlı - Dəyişiklik


Artıq bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən iki bank onlara məxsus kredit kartlarından istifadəyə dair məhdudiyyətlər tətbiq edib. “Qafqazinfo” xəbər verir ki, “Unibank” və “Bank of Baku” nun kredit kartından istifadə edən müştərilərin mobil telefonlarına bu barədə mesajlar da göndərilib.



Belə ki, “Unibank”da son aylarda dollarla olan Albalı Plus kartlarında nağdlaşdırma etmək artıq mümkün deyil. Dollar hesablı əksər Albalı Plus kartlarında limit ümumiyyətlə sıfırlanıb. Manatla olan Albalı Plus kartlarında kartın limiti yarıya endirilib.





Bununla bağlı banka müraciət edən müştərilərə bildirilir ki, bu addımlar müqaviləyə əsasən atılıb. Müqavilədə göstərilir ki, bank üzrə ödənişlərdə gecikmələr olduqda, kartdan bir müddət istifadə etmədikdə, və ya ayrılan limitdən tam deyil, az istifadə etdikdə bank tərəfindən, müqaviləyə də əsasən, bir tərəfli qaydada sıfırlana, bloklana və limit azaldıla bilər.



“Bank of Baku” da “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə müvəqqəti məhdudiyyət qoyması barədə müştərilərini məlumatlandırmağa başlayıb. Bankdan müştərilərin telefonlarına göndərilən sms-lərdə qeyd olunur ki, Loyallıq layihəsi çərçivəsində “Dostlar klubu” kartı üzrə ekspres xətt limitindən istifadə məhdudlaşdırılıb. Həmçinin Bolkart müştərilərinə də bir dəfəyə 10 gündən çox gecikməyə görə, kredit xəttindən istifadəni məhdudlaşdırıldığını göstərən sms göndərilib.





Qeyd edək ki, “Bank of Baku” gün ərzində müştərilərinə bu barədə rəsmi məlumat açıqlayacaq.



“Yapıkredi Bank Azərbaycan”dan isə bildirilib ki, hazırda Worldcard satışında və limitdən istifadədə heç bir məhdudiyyət yoxdur. Əvvəlki qaydalarla müştərilər Worldcard-dan istifadə edə bilərlər.


Teqlər:
Bu xəbər cəmi 830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR