Ölkədəki maliyyə böhranı ticarət mərkəzlərinin və bir sıra mağazaların bağlanmasına da gətirib çıxarıb.
“Qafqazinfo”nun məlumatına görə, “Azadlıq” qəzeti yazır ki, son bir ayda təkcə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında bir neçə iri dükan bağlanıb.
Dünən isə metronun yaxınlığında yerləşən, uşaq geyimləri və oyuncaq satışı ilə məşğul olan “Kids World” mağazalar şəbəkəsi bağlanıb.
Şəbəkə bir birinin yanında yerləşən bir neçə dükandan ibarət idi. Dükanların hamısı fəaliyyətini dayandırıb.