İran prezidenti Həsən Ruhani yaxın həftələrdə Avstriya və Belçikaya səfər edəcək.
“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə İran prezident administrasiyasının rəhbəri Məhəmməd Nahavandian bildirib.
M.Nahavadian səfərlərin gündəliyi şərh edərək qeyd edib ki, İrana da xarici rəsmi şəxslərin səfərləri gözlənilir.
Onun sözlərinə görə, yaxın həftələrdə İsveçrə prezidenti İrana rəsmi səfər edəcək.