Amerika prezidenti Barak Obama öz postunda ilk dəfə olaraq Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.
“Qafqazinfo” report-a istinadən xəbər verir ki, onun məscidə ilk gedişi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlı baş tutacaq.
Obama Baltimorun İslam icması qarşısında çıxış edəcək və onlarla etiqad azadlığı məsələlərini müzakirə edəcək.