Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

250 manat maaşla «Audi Q7» sürən bağça müdirəsi

250 manat maaşla «Audi Q7» sürən bağça müdirəsi


151 saylı uşaq bağçasının rəhbəri Venera Xəlilova bu «sirri» heç kimə öyrətmək istəmir



Ötən günlərdə Binəqədi sakini Samira Qurbanova mətbuata müraciət edərək, 7-ci mikrorayonda yerləşən 151 saylı uşaq bağçasında baş verən özbaşınalıqlardan şikayətçi düşmüşdü. JAM.AZ xəbər verir ki, Qurbanovanın əsas şikayəti bağçanın müdirəsi Venera Xəlilovanın götürülən uşaqdan əvvəlcə 500 manat, hər ay isə 100 manat almasıyla bağlıydı.



Şikayətdə qeyd edilirdi ki, dövlət bağçası olmasına rəğmən, belə bir qayda-qanunun tətbiq edilməsi başa düşülən deyil. Üstəlik, Samirə Qurbanova hər ay veriləcək 100 manatı yubatdığı üçün uşağını bağçadan çıxarmaq istəyirlər.



JAM.AZ xəbər verir ki, Venera Xəlilovanın rəhbərlik etdiyi 151 saylı uşaq bağçası həqiqətən dövlətin balansındadır. Dövlət büdcəsindən Binəqədi İcra Hakimiyyətinə bununla bağlı pul ayrılır. İndi İcra Hakimiyyətinin həmin pulu bağçaya verib, vermədiyi bir az müəmmalı məsələdir.



Digər tərəfdən Venera Xəlilova Səbayel rayonunun icra başçısı Eldar Əzizovun qohumu kimi çıxış edir. O səbəbdən də baş verən istənilən özbaşınalıqdan qətiyyən çəkinmir.



Amma bizi maraqlandıran bir başqa məsələ daha var. JAM.AZ xəbər verir ki, xanım Xəlilova faktiki olaraq «Audi Q7» markalı maşın sürür. Orta hesabla həmin maşının dəyəri 63 min dollardan başlayır. Yetərli qədər komfortlu və təhcizatlı maşındır. Düzdür, bir qədər sürət üçün nəzərdə tutulub, amma bir xanım üçün də əlverişli sayılmalıdır.



Təbii ki, biz Venera Xəlilovanın bahalı marka maşın sürməsinə qəti etiraz etmirik. Sadəcə, bizə maraqlıdır ki, belə bahalı avtomobili xanım Xəlilova haradan və necə alıb? Əgər söhbət onun rəhbəri olan bağçadan gedirsə, onun aylıq əmək haqqısı ən yaxşı halda 250-300 manat ola biləcək. Bu pulla «Audi Q7» almaq üçün insana normalda yeyib-içmədən 50 il vaxt lazımdır.



Dövlət bağçalarında korrpusiya və rüşvətxorluq hallarının olması heç bir zaman inkar edilmir. Bu dəfələrlə deyilməyib, hətta isbat olunub. Büdcədən hər il ayrılan milyonlarla manat vəsait də yerli İcra Hakimiyyətləri ilə uşaq bağçalarının müdirləri arasında qazanc yeri kimi nəzərdə tutulub. Elə Venera Xəlilovanın bahalı maşın alması, lüks evdə əyləşməsi də qeyd olunanların təzahürüdür.



Qarşı tərəfi də dinləməyə hazırıq. 


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR