Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

RƏZALƏT: FAZİL MƏMMƏDOV ADNA TERRORUNU BELƏ YAD EDİR?

RƏZALƏT: FAZİL MƏMMƏDOV ADNA TERRORUNU BELƏ YAD EDİR?
Sabah İspaniyanın "Atletico" klubu ilə "Bakı" klubu arasında yoldaşlıq görüşü olacaq. Təşkilatçılar oyuna böyük diqqət ayırıblar. Qarşılaşmadan əvvəl stadionda geniş konsert proqramı təşkil olunacaq. Oyundan sonra konsert Milli Parkda davam edəcək. Məsələnin diqqətçəkən tərəfi odur ki, sabah aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktının növbəti ildönümüdür. Görəsən matəm günündə belə bir konsert proqramı təşkil etmək kimin ağlına gəlib? Xatırladaq ki, 4 il əvvəl 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasına tələbələrə edilən silahlı hücümda 12 nəfər dünyasını dəyişib, 13 nəfər yaralanıb. Ölənlər arasında Azərbaycanın nüfuzlu müəllim və professorları da var. Nəzərə alsaq ki, Bulvarda konsert təşkil etmək üçün Bakı Şəhər icra başçısının icazəsi olmalıdı, onda bu məsələdə günahı tək təşkilatcılarıın üstünə atmaq olmaz. Qeyd edək ki, bu birinci hal deyil ki, tariximizin qara günlərində konsert proqramları təşkil olunur. Bu il Kəlbəcərin işğalı günündə Xaçmaz rayon icra başçısı şəhərin Əfsanələr Paytaxtı elan olunması münasibəti ilə təntənəli konsert proqramı təşkil etmişdi. Teleqraf.az-ın (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) əməkdaşı məsələ ilə bağlı Bakı Bulvar İdarəsilə əlaqə saxlayıb. İdarənin rəis müavini Nazim Məmmədov Teleqraf.az-a bildirib ki, aprelin 30-da Bulvarda Konsert proqramının təşkil olunması onların səlahiyyətinə aid məsələ deyil : “Bunun təşkilatçllara dəxli var , Bulvar idarəsinə yox. Bu barədə ilk jurnalistsiniz ki, bizə müraciət edirsiniz. Deyim bilin ki, tədbiri "Tour de Azerbaycan" layihəsi çərçivəsində Azərbaycan Velosiped Federasiyasi təşkil edib. Federasiyanın rəhbəri isə vergilər naziri Fazil Məmmədovdur. Buyrun, sualları onlara verin, Biz sadəcə, məkanımızı tədbir üçün açırıq".

Teqlər:
Bu xəbər cəmi 1655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR