Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bunu ölkə başçısı gənclərlə bu gün keçirdiyi görüşdə deyib. Prezident həmçinin yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.
Qeyd edək ki, son günlər mətbuatda Azərbaycanın Dünya Bankından 4 milyard kredit alacağı ilə bağlı yayılan xəbərlər yayılıb. Dünən isə maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bəyan etmişdi.