Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeraltı çaylar niyə büdcəyə axmır?.. - Milyonların taleyi açıqlanmır

Yeraltı çaylar niyə büdcəyə axmır?.. - Milyonların taleyi açıqlanmır


Bakıda yeraltı, yürüstü və küçələrdə salınan parkinq xidmətlərindən əldə edilən gəlirin hara axdığı müəmmalı olaraq qalır.



“Qafqazinfo” saytı dəfələrlə bu mövzunu gündəmə gətirib. Azərbaycanda, xüsusilə Bakıda avtomobil dayanacaqlarının tikintisi son illərin uğurlu layihələrindən biri kimi qiymətləndirilir. Yeni tikilən yeraltı və yerüstü dayanacaqlar küçələrdə avtomobil saxlanmasının və yaranan tıxacın qarşısını aldı. Lakin onlardan əldə olunan gəlirlərin hansı qurumun balansına köçürüldüyü bəlli deyil.





Bu gün Bakıda minlərlə avtomobilin saxlanması üçün onlarla avtodayanacaq tikilib. Bununla yanaşı, küçələrdə quraşdırıılan parkmanatlarda sürücülər müstəqil şəkildə ödəniş edib parkqin xidmətindən istifadə edə bilirlər. Hazırda küçələrdə qanunsuz parklanma demək olar ki, aradan qaldırılıb. Amma bundan öncə bu işi mülki geyimli, əli çubuqli şəxslər, hətta polislər icra edirdisə, hazırda bu məsələ rəsmən dövlət qurumunun nəzarətindədir.



Avtodayanacaqların bəziləri böyük ticarət mərkəzlərində yerləşdiyi üçün özəl şirkətlərə aid olsa da, küçələrdə quraşdırılan parkmanatlara və dövlət tərəfindən tikilən dayanacaqlara Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Bunun üçün meriya daxilində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi də yaradılıb. Bu qurumun əməkdaşları “Qış bulvarı”nın altındakı 2 mərtəbəli 4500 yerlik, “Azadlıq meydanı”nın altındakı 2 mərtəbəli 2600 yerlik, “Gənclik” metrosu yaxınlığındakı Qələbə meydanında 600 yerlik avtodayanacaqlarla yanaşı, parkmanatlara da nəzarət edirlər.



Maraqlıdır ki, Azərbaycan dövlətinin milyonlarla pul xərcləyib həyata keçirdiyi bu layihələrin rentabelliyi haqda cəmiyyətə heç bir məlumat verilməyib. Bununla bağlı media tərəfindən edilən cəhdlər isə nəticəsiz qalıb. Rəsmi qurumlardan bu vəsaitin hara yönəldiyini öyrənmək mümkün deyil. Milyonlarla manat həcmində ölçülən bu pulların hara daxil olmasından asılı olmayaraq, gizli saxlanılır. Neftin su qiymətinə düşməsindən sonra Azərbaycanda qeyri-nef sektorunda gəlir ovuna çıxan dövlət nəyə görə bu sahənin kimin monopoliyasında olduğunu araşdırıb üzə çıxarmır?..





Bakıda yerləşən yeraltı və yerüstü dayanacaqlarda və parkmanatların quraşdırıldığı ərazilərdə hazırkı durumu, sürücülərin bunlardan nə dərəcədə istifadə etdiyini öyrənmək üçün “Qafqazinfo” əməkdaşları bir neçə yerə baş çəkib.



Azərbaycan prospektinə, “ÇUM”un yaxınlığında yerləşən “Garage” avtodayanacağında ən üst məttəbəsindən başqa bütün mərtəbələrdə dayanacaq yerlərinin 90-95 faizi tutulmuşdu.



Bundan sonra “Qış bulvarı” parkının altında yerləşən ən böyük dayanacalqardan birinə daxil oluruq. Burada da maşını park etmək üçün yer tapmaq çox çətin görünür. Çünki əksər yerlər artıq “zanit” idi.



Bu 4500 yerlik dayanacağın istifadə qiymətləri 0-1 saat üçün 0,5 manat, 1-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-10 saat üçün 3 manat, 10-16 saat üçün 5 manat, 16-24 saat üçün 6 manatdır. Aylıq abunə kartı 60 manat təşkil edir.





Parkmanatlarda isə qiymətlər daha bahadır. Burada hər saat üçün 1 manat ödəniş tələb olunur. Parkmanatların quraşdırıldığı ərazilərə nəzarət edici şəxslər də təyin olunub. Bunlar Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin tabeliyində olan əməkdaşlardır. Onlardan biri ilə işləri barədə söhbət etdik. Ramis Mustafayev bildirdi ki, onlara əmək haqqı hər saata görə verilir. Gün ərzində 8 saat işləyirlər, əlavə saatlara görə isə daha çox pul ödənilir. Parkmanat işçisi dəqiq maaşını demək istəməsə də, aylıq gəlirinin 350-500 arası olduğunu bildirdi.



R.Mustafayev parkmanatlarda toplanan pulların dəqiq hara köçürüldüyünü bilmədiyini dedi: “Hər axşam bank maşınları, pul daşıyanlar (inkassator – red.) gəlib aparatı açıb pulu götürüb gedirlər. Amma daha hara aparıb kimə verdiklərini biz bilmirik”.





Meriyanın tabeliyində olan XTAİ ilə də əlaqə saxladıq. Onlar yalnız texniki məsələlərlə bağlı suallara cavab verə biləcəklərini dedilər. Digər məsələlər üçün isə rəhbərlik, yəni meriya ilə əlaqə saxlamağımızı istədilər.



“Qafqazinfo” yazıda qeyd olunan qaranlıq məqamlara aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Meriyanın mətbuat xidmətindən bu suala aydınlıq gətirmək üçün Təsərrüfat şöbəsindən Mirhəsən müəllimlə əlaqə saxlamağımızı tövsiyə etdilər. Həmin məsul şəxs isə meriya rəhbərliyinin razılığı olmadan bu barədə məlumat verə bilməyəcəyini dedi. Mətbuat xidmətinə təkrar müraciətimizə isə eyni sözlərlə cavab verildi.



Məsələ ilə bağlı məlumatlı ola biləcək şəxslərdən, müstəqil eskpertlərdən də fikir öyrəndik.



Ekspert Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, parkmanat və dayanacaqlardan nə qədər vəsait yığılması və o pulların hara köçürülməsi bu günə kimi açıqlanmayıb: “Hüquqi məntiqlə bu pullar Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə dövlət bidcəsinə yönəldilməlidir. Amma necə olduğu dəqiq məlum deyil. 2015-ci ildə təkcə parkmanatlardan ayda 1,8-2 milyon manat vəsait yığıldığı bildirilmişdi. Lakin yeraltı və yerüstü dayanacaqlardan əldə olunan gəlir açıqlanmayıb”.



Görünür, kimlər üçünsə xırda məsələ olan bu sahədə hər ay toplanan milyonlarla vəsaitin hara axdığını tapmaq müşgül olaraq qalacaq.


Teqlər:
Bu xəbər cəmi 1390 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR