Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Həsənova Sima Əkbər qızı
Hüseynli Yaşar Şamil oğlu
Kərimova Lalə Sabir qızı.