Odlar Yurdu Universitetinin təsisçisi və rektoru, Milli Məclisin üzvü Əhməd Vəliyev ölkədən qaçıb. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, Əhməd Vəliyevin ölkədən qaşması “MTN işi” ilə bağlıdır.
Bildirilir ki, Əhməd Vəliyevin keçmiş MTN şefi Eldar Mahmudovla dostluq münasibətləri olub. İddia olunur ki, Əhməd Vəliyev bu münasibətlərə görə hədəfə gələcəyindən ehtiyat edir. Məlumata görə, rektor universiteti oğlu Samir Vəliyevə tapşırıb.
Mənbə bildirir ki, Ə.Vəliyev bir müddət sonra – MTN işi ilə bağlı məsələ səngiyəndən sonra Bakıya qayıdacaq. Qeyd edək ki, “Oksigen” klinikası və “Muğanbank” ASC-nin də sabiq deputatın nəzarətində olması ilə bağlı məlumatlar var.