"Azərişıq ASC"də kütləvi ixtisarlar başlayıb.
Arqument.Az xəbər verir ki, bu barədə Qaynar.info-ya Azərişıq ASC-nin bir qrup işçisi tərəfindən məktub daxil olub.
Məktubda yanvar ayının 19-da Azərişıq ASC-nin sədri Balababa Rzayevin əmri ilə Cənub RETSİ-nin Şirvan Elektrik, Hacıqabul Elektrik, Lənkəran Elejtrik şəbəkələrinin bir qrup işçisi heç bir xəbərdarlıq edilmədən işdən azad olunublar.
Məktubu göndərən Ramil İbadov özünün və işdən çıxarılan işçilərin ailə vəziyyətlərinin ağır olduğunu bildirərək onlara kömək etməyi xahiş edir. Ramil İbadov işdən çıxarılan Azərişıq ASC işçilərinin adlarının yazıldığı əmrin surətini redaksiyamıza göndərib.
Həmin əmrin surətini sizə təqdim edirik:
Arqument.Az