Hazırda respublikanın avtomobil yolarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.
“Azəryolservis” ASC-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə qurumun texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar. Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir.