Havaların kəskin soyuması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi gündəlik tələbata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb.
“Qafqazinfo”nun SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri və ətraf qəsəbələrdə, respublikanın regionlarında əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb.
Birlik tərəfindən planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvvəqqəti olaraq təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər. Baş verən qəza halları isə “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır.
Eyni zamanda abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədilə Birliyin 104 və 185 "qaynar xətləri" fasiləsiz fəaliyyət göstərir.