Hindistanın Hərbi Hava Qüvvələrinə aid hərbi təyyarə səhvən öz ərazilərinə 5 bomba atıb.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Radjastxan ştatının Barmer rayonunda baş verib.
Yerli hakimiyyətin məlumatına görə, hadisə zamanı zərərçəkən olmayıb.
Amma yaxın kəndlərin sakinləri partlayışdan sonra onların evlərində çatların əmələ gəldiyini bildiriblər.
Hindistanın Hərbi Hava Qüvvələrinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.