Qızıl etibarlı və təhlükəsiz aktiv olduğundan ona tələbat günü-gündən artmağa başlayıb. Qiymətli metal günə bahalaşma ilə başlayıb.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu gün fond birjalarında qızılın qiymətində 0.68%, yəni 1113.1 dollar bahalaşma müşahidə olunub. Bundan sonra qızılın bir unsiyası 35.82 dollara qalxıb.
Qızılın qiymətinin bugünkü hərraclarda qalxmasına səbəb dünya bazarında neftin qiymətinin enməsi fonunda etibarlı və təhlükəsiz aktivlərə tələbatın güclənməsi olub. Belə ki, neftin qiymətinin mənfi dinamikada inkişaf etməsi investorların qızıla və qiymətli metallara olan marağını bərpa edib.
Neftin qiymətində son günlər baş verən dalğalanmalardan sonra, həftəsonu qara qızılın qiymətində bahalaşma müşahidə edilib. Lakin bu gecə qiyməti enən qara qızıl günortaya doğru yenidən bahalaşmağa başlayıb. Səhər saatlarında 29.55 dollara satılan “Brent” markalı neftin bir barelinin qiyməti az öncə 30.28 dollara qalxıb. “Texas” markalı neftin qiyməti isə bir bareli üçün 29.52 dollardan 30.16 dollara qalxıb.