Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

1 saylı psixiatriya xəstəxanasında dərəbəylik hökm sürür

1 saylı psixiatriya xəstəxanasında dərəbəylik hökm sürür
Həkim xəstənin şəxsiyyət vəsiqəsini girov saxladı.


     Bu il fevralın 23-də Maştağadakı 1saylı psixiatriya xəstəxanasına yerləşdirilən  Şəfiyev  Cavanşirin başına  gələnlər adamı dəhşətə gətirir.1991-1994 cu illər qarabağ uğrunda muharibədə döyuşən və xəsarət alan xəstənin xəstəxanada qalacağı  hər aya görə 100 manat verməli olacağını bildirdilər.Cavanşirin qardaşı Rafiq imkanlarının aşağı olduğunu həkimə bildirdikdə o eybi yoxdur siz 80 manat verərsiniz demişdi.İlkin olaraq 100 manat həkimlərə verdiyini bildirən Rafiq Şəfiyev xəstəxanaya cağırılır.Ramiz həkim 2-ci ayın bitdiyini ona çatdırır.  Rafiq   ondan möhlət istəyir.Lakin dediyi vaxt həkimi görmədiyinə görə Cavanşirin qulağından tutub atıblar bayıra.Xəstə yol pulunun olmadığını hətta   yolu tanımadığını bildirməsinə baxmayaraq həkimlər qərarlarını dəyişmirlər.Cavanşir  sənədlərini istədikdə get qardaşın gəlib pulunu verib  göturər cavabını alır . Çarəsiz qalan xəstə Maştağadan Suraxanıya piyada gəlir.Bir saat piyada getdikdən sonra əldən duşən keçmiş döyuşçu  dilənərək 40 qəpik marşurut pulu tapır. Kaş duşmən gulləsindən ölub canımı qurtaraydım deyən Cavanşir Şəfiyev  şəxsiyyət vəsiqəsinin girovda qalmasından çox məyus olmuşdu.    Məsələ ilə bağlı  səhiyyə başbilənlərinin mövqeyini öyrənməyə çalışaraq ictimaiyyətə çatdıracağıq.                                                                    


Teqlər:
Bu xəbər cəmi 3415 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR