İcra başçısı Siyəzənlə Nizami rayonlarını səhv salıb, idarə müdirləri isə onun bu hərəkətinə gülürlər
Nizami rayonunun icra başçısı Arif Qasımov bir müddət əvvələ qədər rəhbərlik etdiyi işləri qatıb-qarışdırıb. JAM.AZ xəbər verir ki, icra başçısının rusca desək «kaşa-malaşa» yaratmasının səbəbi isə onun Siyəzənlə Nizami rayonlarını səhv salmasıdır.
Məlumatda deyilir ki, ölkədə sosial-iqtisadi böhran yaşandığı bir vaxtda sahibkarlardan xərac yığan Qasımov, yerli idarə və müəssisə rəhəbrələrini də «özbaşına» buraxmayıb. Belə ki, icra başçısı onlardan da konkret məbləğlərdə pul tələb edir və bunu rayonda abadlıq işləri aparacağı ilə əsaslandırır.
JAM.AZ-a danışan mənbələrin sözlərinə görə, Arif Qasımov Siyəzən rayonuna rəhbərlik etdiyi zamanlarda oradakı bütün idarə və müəssisə rəhbərləri üçün «nisyə dəftəri» açıbmış. Belə ki, o, rayonda tikinti işləri aparmaq adı altında pul yığdırarkən, pulu olmayan müəssisə rəhbərlərinin yerinə özü pul qoyaraq, onların da adlarını həmin «dəftərə» yazırmış.
Qeyd edilir ki, Arif Qasımov «nisyə dəftəri»nidə təkcə məbləği deyil, həmçinin pulun veriləcəyi tarixləri də yazdırırmış. İndi isə həmin prosesi Nizami rayonunda da tətbiq etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, bir neçə idarə və müəssisə rəhbəri icra başçısının bu hərəkətlərinə gülərək, onu ələ salmaqdan da çəkinməyiblər.
Qarşı tərəfi dinləməyə hazırıq.